Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir (FOTO)


Digərləri 16 İyl 2019 11:30:00 192 0

Çində Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir (FOTO)

Yay məktəbində Azərbaycanı təmsil edən iştirakçılar üçün Çinin ipək paytaxtı hesab olunan, öz mənzərəli Tayxu gölü və bambuk meşələri ilə tanınan Xuçjounun tarixi və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində ADU-nun çinşunaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün yay məktəbi təşkil edilib. ADU-dan Trend-ə verilən məlumata görə, bu ali təhsil ocağının rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə tələbələr Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış olur, həmçinin Çin İncəsənət həsr olunmuş ustad dərslərində iştirak ediblər. Yay məktəbində Azərbaycanı təmsil edən iştirakçılar üçün Çinin ipək paytaxtı hesab olunan, öz mənzərəli Tayxu gölü və bambuk meşələri ilə tanınan Xuçjounun tarixi və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub. ADU-nun tələbələri Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş tədbir keçirərək, Çinlilərə Böyük İpək Yolu üzərində müasir, inkişaf edən, tolerant ölkə kimi ölkəmiz haqqında həqiqəti çatdırıblar.