Çeçenistanda təyyarə evin üstünə düşdü


Dünya 16 İyl 2019 11:24:00 214 0

Çeçenistanda təyyarə evin üstünə düşdü

Çeçenistanda təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, səhər saat 8 radələrində yüngülmotorlu təyyarə qəzaya uğrayaraq yaşayış evinin üstünə düşüb. Hadisəni Rusiya Fövqəladə Hallar Xidməti təsdiq edib.

Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb - pilot, 2 qadın və 1 azyaşlı. Yaşayış evinə ziyan dəyib.

Qəzanın başvermə səbəbi olaraq pilotun idarəetməni itirməsi qeyd edilir, başqa detallar açıqlanmır. Araşdırma başlayıb.