54 yaşlı aktrisa gözəllik sirrini açıqladı


Digərləri 16 İyl 2019 11:29:00 308 0

54 yaşlı aktrisa gözəllik sirrini açıqladı

Məşhur rus aktrisası İrina Bezrukovanın 54 yaşı tamam olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, yaşına baxmayaraq gözəl və təravətli qalan aktrisa cazibəsinin sirrini açıqlayıb. Məlum olub ki, ən vacib faktor yaxşı yuxu imiş.

İrina bildirib ki, özünə qulluq üçün külli miqdarda pul xərcləmir. Bunun üçün bütün bədəninə özü qulluq edir. Onun əsas sirlərindən biri yaxşı yuxudur.

O, qeyd edir ki, yataq otağında işıq və səs qəti olmamalıdır. Bu zaman isə rahat yuxuya getmək və yaxşı yatmaq olar. Bezrukova evində televizorun, yataq otağında isə saatın olmadığını deyib.


Xəbərə aid fotolar