Toyda zəhərlənmə - 40 nəfər xəstəxanaya düşdü


Digərləri 16 İyl 2019 11:00:00 180 0

Toyda zəhərlənmə - 40 nəfər xəstəxanaya düşdü

Ukraynada kütləvi zəhərlənmə baş verib.

Bakı. Ukraynada kütləvi zəhərlənmə baş verib. Trend-in məumatına görə, Rovenski vilayətində keçirilən toy mərasimlərindən birində qeydə alınıb. Məlumatı Ukraynanın Fövqəladə Hallar Xidməti təsdiq edib. Məlumata görə, Mizoç şəhərində "Qurman" kafesində keçirilən toyda iştirak edən 39 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən 8 nəfərin azyaşlı olduğu bildirilir. Hadisə ilə bağlı kafedən laborator təhlil üçün nümunələr götürülüb, araşdırma başlanıb.