Bakı Ali Neft Məktəbində İngiltərə və Şotlandiya futbol komandaları xeyriyyə oyunu keçirib


Digərləri 16 İyl 2019 10:41:00 315 1

Bakı Ali Neft Məktəbində İngiltərə və Şotlandiya futbol komandaları xeyriyyə oyunu keçirib

Bakı Ali Neft Məktəbinin stadionunda Bakıda fəaliyyət göstərən transmilli  neft şirkətlərinin əməkdaşlarından ibarət İngiltərə və Şotlandiya komandaları arasında xeyriyyə futbol oyunu keçirilib. İngiltərə və Şotlandiya komandaları arasında 13-cüsü keçirilən bu oyundan əldə olunan vəsait Azərbaycanda xeyriyyə məqsədi ilə istifadə olunacaq.

Gərgin mübarizə şəraitində keçən oyunda İngiltərə komandası 2:1 hesabı ilə qalib gəlib.

Bu, Ali Məktəbin stadionunda keçirilən növbəti peşəkar oyundur.  

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən kampusunda 1000 yerlik süni örtüklü müasir standartlara cavab verən stadionu fəaliyyət göstərir.