Nazir əmr imzaladı


Digərləri 16 İyl 2019 10:33:05 181 0

Nazir əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Bakı. İlhamə İsabalayeva - Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb. Trend-in məlumatına görə, əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Maliyyə şöbəsi (R.Orucov) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməlidir. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin