Bu ölkə Avroviziyada iştirak etməyəcək


Digərləri 16 İyl 2019 09:54:00 245 0

Bu ölkə Avroviziyada iştirak etməyəcək

Bosniya və Herseqovina 2020-ci ildə Niderlandda keçiriləcək Avroviziya mahnı müsabiqəsində iştirak etməyəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin teleradio şirkəti "BHRT" məlumat yayıb.

"BHRT"nin Avropa Yayım Birliyinə hələ də ödəmədiyi yüksək borc səbəbindən ölkənin mahnı müsabiqəsində iştirak edə bilməyəcəyi bildirilib. Bundan başqa, son illər milli yayım şirkətinin maliyyə problemləri ilə üzləşdiyi bildirilib.