Astarada tikilməkdə olan məktəbdən oğurluq edən şəxs tutulub


Digərləri 16 İyl 2019 09:40:00 211 0

Astarada tikilməkdə olan məktəbdən oğurluq edən şəxs tutulub

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb.

Bakı. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini A.Laçınov RPŞ-yə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı 20 bağlama döşəmə taxtası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.