Azərbaycan Beynəlxalq Ordu Oyunları 2019da iştirak edəcək


Dünya 16 İyl 2019 08:43:00 279 0

Azərbaycan Beynəlxalq Ordu Oyunları  2019da iştirak edəcək

Azərbaycan Beynəlxalq Ordu Oyunları - 2019-da (ArMi-2019) iştirak edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, ümumilikdə ArMi-2019 zamanı 10 dövlətin ərazisində 32 müsabiqə keçiriləcək: "Ümumilikdə ArMi-2019 zamanı 10 dövlətin ərazisində 32 müsabiqə keçiriləcək (Rusiay, Azərbaycan, Ermənistan, Belarus, İran, Hindistan, Çin, Qazaxıstan, Monqolustan və Özbəkistan). Hərbi oyunlarda 5 mindən artıq hərbçidən ibarət 200-dən artıq komanda iştirak edəcək".

Bildirilir ki, müsabiqələrdən 15-i Rusiya ərazisində keçiriləcək.