İnternet sürətinin ən yüksək olduğu ölkənin adı açıqlandı


Digərləri 16 İyl 2019 08:01:00 210 0

İnternet sürətinin ən yüksək olduğu ölkənin adı açıqlandı

Dünya ölkələri arasında İnternet sürətinin reytinqi açıqlandı.

Son.az ted.az-a istinadən bildirir ki, 207 ölkənin yer aldığı reytinqin ilk pilləsinə Tayvan layiq görülüb. 2018-ci ildə İnternetin sürəti 28,09 Mbps olan və 200 ölkə arasında reytinqdə 14-cü yeri tutan Tayvanda hazırda internetin sürəti 85,02 Mbps təşkil edir.

Siyahının ilk beşliyini Sinqapur (70,86 Mbps), Cersi (67,46 Mbps), İsveç (55,18) və Danimarka (49,19) bölüşürlər. Azərbaycan ötən il bu siyahıda 2,56 Mbps sürətlə 135-ci yerdə qərarlaşmışdı. Bu il ölkədə internetin sürəti 3,03 Mbps-ə çatdırılsa da, ölkə reytinqdəki mövqeyini itirərək 141-ci olub.

Qeyd edək ki, siyahının son pillələrini Ekvatorial Qvineya (0,51 Mbps), Şərqi Timor (0,45 Mbps) və Yəmən (0,38 Mbps) bölüşürlər.