Mogerini: İranla nüvə razılaşmasının alternativi yoxdur


Dünya 16 İyl 2019 07:55:00 216 0

Mogerini: İranla nüvə razılaşmasının alternativi yoxdur

Bu gün Birgə Hərtərəfli Fəaliyyət Planının alternativi yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

F.Mogerini bildirib: "Razılşma effektiv idi, mən düşünürəm ki, bu gün bu razılaşmanın alternativinin olmadığını hamı qəbul edir. Ona görə də razılaşmanı tam qoruyub saxlamaq çox vacibdir".

Ali nümayəndə əlavə edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı hazırda özünü pis hiss edir, lakin hələ sağdır.