Sabirabadın Mərkəzi Bazarında güclü yanğın başlayıb


Digərləri 16 İyl 2019 07:39:34 180 0

Sabirabadın Mərkəzi Bazarında güclü yanğın başlayıb

Sabirabad rayonunda bazarda yanğın başlayıb

Bakı. Samir Əli - Sabirabad rayonunda bazarda yanğın başlayıb. Trend-in məlumatına görə, hadisə Sabirabad Mərkəzi Bazarında baş verib. Yanğın təxminən 06:30 radələrində bazardakı dükanlardan birində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb olunsa da, hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Alovun bazarın. Əksər ərazilərinə yayıldığı bildirilir. Hazırda yanğının qarşısı alınması istiqamətində tədbirlər görülür.