Dükanlarda satılan hansı kərə yağlarını alaq? Ekspertiza nəticələri


Digərləri 15 İyl 2019 23:34:00 269 0

Dükanlarda satılan hansı kərə yağlarını alaq?  Ekspertiza nəticələri

Təəssüf ki, son vaxtlar mətbəximizin vazkeçilməzi olan kərə yağı ilə bağlı çoxlu xoşagəlməz xəbərlər yayılıb.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bəzi yerli ekspertlərin sözlərinə görə market və bazarlarda satılan yağların bir çoxu saxta və ziyanlıdır. Burada məntiqi sual yaranır: bəs onda hansı yağları alaq?

Təbii ki, redaksiyamızın yağları ekspertiza etməyə imkanı (laboratoriya və s.) yoxdur. Bu səbəbdən biz oxucularımıza Rusiyanın məhsul və xidmətlərinin keyfiyyətinin yoxlanılması ilə məşğul olan müstəqil "Roskontrol" təşkilatının ekspertiza nəticələrini  təqdim edirik. (Ekspertizadan keçən yağların çoxu bizdə də satılır.)  

Belə ki, "Roskontrol"un ekspertləri 2018-ci il dekabr ayında onlarla kərə yağı növünü yoxladıqdan sonra bu yağları almağı tövsiyə ediblər:

1. Брест-Литовск 82,5%

2. Радость вкуса

3. Экомилк 82,5%

4. Вкуснотеево

5. Valuiki 82,5%

6. Белорусское