Azərbaycan nefti ucuzlaşdı


Digərləri 15 İyl 2019 23:30:00 188 0

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,7 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.