Bədəninizdəki təhlükəli xallar Hansılar xərçəncə çevrilə bilər?


Digərləri 15 İyl 2019 23:10:00 251 0

Bədəninizdəki təhlükəli xallar  Hansılar xərçəncə çevrilə bilər?

Melanoma hazırda dünyada geniş yayılmış, müalicəsi mümkün olmayan və əlamətləri də kəskin bilinməyən dəri xərçəngidir. 90% hallarda xəstəni öldürür. 

Yay gəldikcə ultrabənövşəyi şüalar aktivləşir, insanın bədəninin çox hissəsi açıqda qalır, xallara günəş işığı düşür, insanlar müxtəlif isti ölkələrə gedərək gün altında qaralır. 

Amma çox insan bilmir ki, özü ilə hər an partlayan bomba gəzdirir. Bu onun xallarıdır. Hər bir insan xallarının xarakteristikasını bilməlidir.

Son.az medicina.az-a istinadən rusiyalı həkim onkoloq, radioloq  P. A. Qerçenin hansı xalların təhlükəli olması və melanomaya çevrilməsi, eləcə də xalların qorunması və ya onlardan xilas olmaq yolları barədə fikirlərini təqdim edir.

Melanomanın yaş həddi yoxdur. Uşaqdan tutmuş 70 yaşlı qocaya kimi hamı tutula bilər. 100 min nəfərə 7-8 nəfər düşür. Dünyada melanoma yayılmış ölkə Avstraliyadır. Bu oranın iqlimi ilə bağlıdır. 100 min insana 33 nəfər.

Günvurma və gündə yanma xəstəliyi oyadır

İstənilən gündən yanma dərini zədələyir. Dəri gün şüalarından çox zədələnəndə melanositlər adlı hüceyrələrində təhlükəli mutasiyalar proqramı işə düşür və yad hüceyrələr yaranır. İllər sonra bu hüceyrələr melanoma yaradır. 

Xüsusən 5 yaşa kimi uşaqların gündə yanması çox təhlükəlidir. Uşaqları çimərliyə, hovuz kənarına aparmayın. Eləcə də bədənində çoxsaylı piqmentasiyalı xalları olanlar, iri ət xalları olanlar, xal törəməsi olanlar gündə yanmamalı, gün altında qaralmamalıdır.

Dərinin pasportu

Melanomanı yaradan digər səbəblər də var.  -Ailədə, nəsildə bu xəstəlik olubsa -Genetik mutasiyalar -Zədələnməyə məruz qalan xallar - elə yerdədir ki, sürtülür, toxunur, ilişir