Şamaxıda “Kosmos yay festivalı” keçirilib (FOTO)
Digərləri 15 İyl 2019 23:11:00 214 0
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Kosmos yay festivalı” təşkil edilib.
Bakı.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Kosmos yay festivalı” təşkil edilib.
Rəsədxanadan Trend-ə bildiriblər ki, festivalda müxtəlif yaş qruplarından 120 nəfər iştirak edib.
Təşəbbüsün məqsədi “Bəşəriyyətin böyük sıçrayışı” sayılan Aya enmənin 50 illiyi münasibətilə ictimaiyyət arasında bu istiqamətdə maarifləndirmə işinin aparılması olub.
ŞAR-ın planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayi festival iştirakçılarını rəsədxananın muzeyi ilə tanış edib, buradakı eksponatlar haqqında ətraflı məlumat verib.
Sonra iştirakçılar müəyyən edilmiş kamp ərazisinə aparılıb. Burada dron uçuşları izlənilib, Bakı Mühəndislik Universiteti tələbələrinin hazırladığı təyyarə nümayiş etdirilib.
Mənbə: az.trend.az