Süd məhsulları soyuducuda belə saxlanmalıdır


Digərləri 15 İyl 2019 22:04:00 213 0

Süd məhsulları soyuducuda belə saxlanmalıdır

Sağlıqlı qidalanmağın ilk şərti süd və süd məhsullarından istifadə etməkdir. Tərkibinə görə tez xarab ola bilən bu qidalar alındıqdan sonra soyuq yerdə mühafizə edilməlidir. Amma bəzən o məhsulları soyuducuda saxlamağımıza rəğmən, yenə də xarab olurlar. Son.az lent.az-a istinadən süd məhsullarını soyuducuda saxlamağın düzgün qaydalarını təqdim edir.

Əvvəlcə bildirək ki, bu məhsulları saxlamaq üçün soyuducunun temperaturu 4-6 dərəcə arasında olmalıdır. İstifadə etdiyiniz miqdarı ayırıb qalanını plastik olmayan qablarda mühafizə etməlisiniz. Həmçinin soyuducuda saxlayacağınız məhsulları hava ilə təmas etməyən qablara yerləşdirməlisiniz. Soyuducuya geri qoyacağınız məhsul, təmiz və fərqli bir qabda saxlanmalıdır. Məhsullarınızı qətiyyən eyni qabda saxlamayın.

Məhsullarınızın soyuducuda düzülüşünə də diqqət etməlisiniz. Axan qidaları daha diqqətlə mühafizə etməli, hər hansı bir ehtimala qarşı isə ən altda saxlamalısınız. Böyük ölçüdə aldığınız süd məhsullarını örtüyündən çıxararaq mühafizə edin.

Süd

Südü otaq istiliyində qətiyyən saxlamayın. Ağzı açılmış paket südlər soyuducunuzda ən çox 2-3 gün qalmalıdır. Əgər qutu açılmayıbsa, son istifadə tarixinə qədər saxlaya bilərsiniz.

Pendir

Açıldıqdan sonra sellofana bükərək mühafizə edə bilərsiniz. Bütün pendir növlərini fərqli qablarda saxlayaraq ömürlərini uzada bilərsiniz.

Qatıq