Ölkədə maqnit qasırğası var?


Digərləri 15 İyl 2019 21:10:00 215 0

Ölkədə maqnit qasırğası var?

Ötən gün Günəş fəallığı çox aşağı səviyyədə olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumata görə, Günəş diski ləkəsiz olub. Həmin dövrdə elektron seli normal səviyyədə olub. Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 440 km/san olub. Ümumi maqnit sahəsi 3-5 nT intervalında qeydə alınıb.

Bildirilir ki, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olub.

Növbəti günlər üçün (15 - 17 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.