Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin Cərimə oluna bilərsiniz


Digərləri 15 İyl 2019 21:00:00 320 0

Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin  Cərimə oluna bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qaydalarla bağlı məlumat yayıb.

DİN-dən Son.az-a verilən məlumata görə, qaydalar aşağıdakı kimi təsbit olunub:

"Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.

Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.

Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.