Tarixdə iz qoyanlar:


Kriminal 15 İyl 2019 20:19:00 295 0

Tarixdə iz qoyanlar:

Son.az Modern.az-a istinadən tarzən Mirzə Fərəc haqda yazısı təqdim edir.

Tariximizdə iz qoymuş şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Tarixən yüksək musiqi mədəniyyətinə malik olan Azərbaycan zaman-zaman yetişən istedadlı musiqiçilərin vətəni olub. Heç şübhə yoxdur ki, milli musiqi sənətimizin ən mahir ifaçıları - istər səs, istərsə də, saz ustalarımız nəinki Azərbaycanda, hətta bütün Qafqazda və müsəlman Şərqində belə böyük şöhrət və hörmət qazanmışlar. Belə ustadlarımızdan biri də məşhur tarzən Mirzə Fərəc idi.

Fərəc Rza oğlu Rzayev 1847-ci ildə Bakı şəhərində doğulmuşdu. Kiçik yaşlarından valideynlərini itirmiş Fərəcin təlim-tərbiyəsi ilə xalası qızı Nazənin məşğul olmuşdu. Nazənin xanım məharətli nağara ustası olduğundan tez-tez Bakının qadın toylarına dəvət edilirdi. Kiçik Fərəc də onunla birlikdə bu el məclislərinə gedər, böyük maraqla xanəndələrə tamaşa edərdi. Nazənin xanım kiçik Fərəcdə tezliklə, musiqiyə olan marağı sezir və ona öz sənətinin sirrlərini öyrətməyə başlayır.

Mirzə Fərəc musiqi fəaliyyətinə 13-15 yaşlarından toylarda nağara çalmaqla başlayıb. Sonralar xalq məclislərində adlı-sanlı sazəndələrin çalıb-oxumalarını dinləyən gənc Fərəc tar sənətinə sönməz bir həvəslə bağlanır. O tezliklə, tar çalmağı öyrənir və ilk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə birlikdə el məclislərində çıxış edir. Gənc tarzən eyni zamanda Məşədi Məlik Mənsurovun evində təşkil etdiyi musiqi məclislərinin fəal iştirakçılarından biri olur. O, bu məclisdə iştirak edən məşhur iranlı sənətkarlar - tehranlı kamançaçı Mirzə Səttar və şirazlı tarzən Əli ilə yanaşı, böyük ustad Sadıqcanın da ifasını dönə-dönə dinləyir. Gənc Fərəc Şərq musiqisini dərindən öyrənmək məqsədi ilə hətta bir müddət İranda da yaşayır. Burada fars və ərəb dillərini öyrənir.

Mirzə Fərəc müasirləri arasında məşhur musiqişünas kimi də tanınırdı. O, qədim musiqi tarixi ilə yanaşı, bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bilirdi.

Mirzə Fərəc xanəndələrdən Cabbar Qaryağdıoğlu ilə bir neçə il (1900-1905) əməkdaşlıq etmişdi. Şübhəsiz ki, Qaryağdıoğlu kimi böyük muğam ustası ilə sənət dostluğu Mirzə Fərəcə çox şey vermişdi. Məhz bu dövrdə Mirzə Fərəc nəinki Abşeronda, hətta bütün Azərbaycanda kamil tarzən kimi şöhrət tapmışdı. Qocaman tarzən xanəndəlik sənətindən söz düşən zaman həmişə Cabbar Qaryağdıoğlunun sənətini yüksək qiymətləndirir və öz tələbələrinə yaxşı sənətkar olmağın sirlərindən danışaraq deyərdi: