Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır


Digərləri 15 İyl 2019 19:29:00 195 0

Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır

Filippin hökuməti ölkənin mərkəzi hissəsində "Denqe" qızdırması ilə bağlı həyəcan təbili çalıb.

Bakı. Filippin hökuməti ölkənin mərkəzi hissəsində "Denqe" qızdırması ilə bağlı həyəcan təbili çalıb. Trend-in məlumatına görə, 2019-cu ilin əvvəlindən bu qorxulu xəstəlik səbəbindən 450 nəfər dünyasını dəyişib. Xəstəliyə yoluxanaların isə daha çox 5-9 yaş arası uşaqlar olduğu qeyd edilir. Hazırda hökumət ölkənin xəstəlik yayılmış digər hissələrinin əhalisinə xəbərdarlıq etməklə əhalini qorumağa çalışır.