Türkan Şoray bir aylıq istirahətə 312 min xərclədi


Digərləri 15 İyl 2019 18:59:00 271 0

Türkan Şoray bir aylıq istirahətə 312 min xərclədi

Türkiyənin əfsanəvi aktrisası Türkan Şoray ötən həftə Bodruma istirahətə yollanıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hər il qızı Yağmur Ünal ilə tətilə gedən "Yeşilçam" ulduzu bu il bütün ailə üzvləri ilə istirahət planları qurub. Bunun üçün o, Bodrumda günlüyü 12 min lirəyə (3560 AZN) bir aylıq yaxta kirayələyib. Bu isə sənətçiyə 312 min lirəyə (92 min 600 AZN) başa gəlib. 

Qeyd olunur ki, ailəsinin rahatlığı üçün sərvət xərcləyən Şorayın tətilinə qızları Yağmur və Irmak Ünal başda olmaqla bacıları Nazan Şoray və Figen Çevik Gezer qatılıb.


Xəbərə aid fotolar