Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə konsert keçirilib (FOTO)


Digərləri 15 İyl 2019 18:54:00 251 0

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə konsert keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə konsert keçirilib

Bakı. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə iyulun 12-də Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib. Trend-in məlumatına görə, əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensial yaradıldığını bildirib. Qeyd edilib ki, məhz Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı və təqiblərə məruz qaldığı dövrdə Qarabağda erməni separatizmi baş qaldırıb, Ermənistan ərazi iddiaları irəli sürərək hərbi təcavüzə əl atıb. Müstəqil dövlətçiliyimizin xilası və xalqımızın üzləşdiyi bəlalardan qurtulması onun yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtması sayəsində mümkün olub. Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını tərk etmiş qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsası da Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət müasir dövrdə daha da zənginləşdirilərək Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan insanlar üçün indiyədək bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 104 qəsəbə tikilib istifadəyə verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsinə dair verdiyi tapşırığın icrasını şəxsən nəzarətdə saxlayır və bu sahədə işlər ardıcıllıqla davam etdirilir.