Feldşer ixtisasına qəbul imtahanının NƏTİCƏLƏRİ elan olundu


Digərləri 15 İyl 2019 18:37:00 238 0

Feldşer ixtisasına qəbul imtahanının NƏTİCƏLƏRİ elan olundu

Abituriyentlər DİM-in internet saytında imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər

Bakı. İlhamə İsabalayeva - Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Mərkəz Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul olmaq üçün iyulun 14-də keçirilən imtahanın nəticələrini elan edib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. İmtahanda iştirakı gözlənilən 86 abituriyentdən 2 nəfər imtahanda iştirak etməyib.