İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb (FOTO)


Digərləri 15 İyl 2019 18:25:00 296 0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb (FOTO)

Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və İSİM-in direktoru Qəhrəman Haqverdiyev imzalayıblar.

Bakı. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və İSİM-in direktoru Qəhrəman Haqverdiyev imzalayıblar. Trend-in məlumatına görə, agentliyin İdarə Heyətinin sədri bildirib ki, memorandum iki qurum arasında əməkdaşlığın çərçivəsini müəyyən edir: “Memorandumda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə uğurlu nəticə əldə etmək məqsədilə Agentlik ilə İSİM arasında təcrübə və məlumatları paylaşmaq, gələcək əməkdaşlıq üçün potensial sahələri müəyyənləşdirmək, tədbir və ya digər spesifik fəaliyyətləri birgə təşkil etmək planlaşdırılıb”. İSİM-in direktoru bu əməkdaşlığın ölkədə aparılan səhiyyə islahatlarına və icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək göstərəcəyini vurğulayıb.