Oğluna saç şampununun içərisində narkotik vermək istəyən atanın cəhdi uğursuz oldu (FOTO)


Digərləri 15 İyl 2019 18:18:00 185 0

Oğluna saç şampununun içərisində narkotik vermək istəyən atanın cəhdi uğursuz oldu (FOTO)

İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Bakı. Samir Əli - İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 29.234.4.3-cü maddəsinə əsasən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Bədəlov Əhməd Ramiz oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Bədəlov Ramiz Xadmetulla oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan “Head & Shoulders” markalı saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd bükülüdə 0,923 qram marixuana və 0,728 qram heroin aşkar edilib. Cinayət Məcəlləsinin 170.3.2; 308.1; 66.3; 66.4 və 45-ci maddələrinə əsasən, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Əliyev Nəsimi Vaqif oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Şəki şəhər sakini Əliyeva Sabirə Allahyar qızının üzərinə və əşyalarına baxış keçirilən zaman ayağına yapışdıraraq gizlədilmiş 1 ədəd ülgüclü bıçaq aşkar edilib.