Lökbatanda ticarət mərkəzində oğurluq


Kriminal 15 İyl 2019 17:44:00 226 0

Lökbatanda ticarət mərkəzində oğurluq

Lökbatanda ticarət mərkəzində oğurluq edən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44 500 manat dəyərində yuyucu toz oğurlamaqda şübhəli bilinən, həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.