Beyons şahzadə ilə görüşə elə paltarda gəldi ki...


Digərləri 15 İyl 2019 17:29:00 252 0

Beyons şahzadə ilə görüşə elə paltarda gəldi ki...

Dünən Londonda "The Lion King" filminin Avropa premyerası baş tutub.

Son.az xəbər verir ki, qala gecəsində Meqan Markl və şahzad Harri ilə yanaşı Beyons, Cey Zi, Elton Con, Devid Ferniş, Farell Uilyams və başqaları iştirak edib. Lakin əsas diqqət Sasseks hersoginyası Meqan Markla deyil, Beyons və onun sarı libasına yönəlib.

Ekran işində "Nala" obrazını canlandıran Beyons gecə üçün vyetnamlı dizayner Konq Tridən qızılı rəngli ziyafət libası seçib. Ulduzun geyimi dərin sinə dekoltesi və bel sümyünə qədər yarığı ilə diqqət çəkib.

Beyons Meqan Marklla səmimi görüşdən böyük xoşbəxtlik duyub, məşhurlar qucaqlaşaraq bir-birini hərarətlə qarşılayıb. Şahidlərin sözlərinə görə, müğənni Sasseks hersoginyasnı "Mənim şahzadəm" adlandırıb və "oğlunuz inanılmaz dərəcədə gözəldir" söyləyərək mədh edib. (publika.az)