BNA: Sükan arxasında yazışan sürücü...


Digərləri 15 İyl 2019 17:14:00 191 0

BNA: Sükan arxasında yazışan sürücü...

"Sükan arxasında Votsapda yazışan 46 saylı sərnişin avtobusunun sürücüsü ilə bağlı tədbirlər görüləcək".

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev avtobusu idarə edərkən Votsapda yazışan sürücü ilə bağlı danışarkən deyib. O bildirib ki, məsələ artıq agentliyin nəzarətindədir:

"46 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı agentliyə çağırılacaq. Əlbəttə ki, sürücünün bu hərəkətinin heç bir izahı ola bilməz və kobud qayda pozuntusudur. Sərnişinlərin həyatını təhlükəyə atan sürücü ilə bağlı daşıyıcıdan tədbir görməsi tələb ediləcək".

Qeyd edək ki, "Bakı.vs" saytı 46 saylı avtobus sürücüsünün sərnişin dolu avtobusu idarə edərkən Votsapda yazışması barədə görüntü yayıb.


Xəbərə aid foto