Rasim Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib


Siyasət 15 İyl 2019 17:08:00 311 0

Rasim Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Rasim Əliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilir.