Gürcüstana radioaktiv maddə keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanıldı


Dünya 15 İyl 2019 16:44:00 283 0

Gürcüstana radioaktiv maddə keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanıldı

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti radioaktiv maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ermənistan vətəndaşını saxlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Sadaxlı gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşına məxsus mikroavtobusa baxış keçirilərkən 71.3 kq radioaktiv izotoplara malik "Torium 232" maddəsi aşkar edilib.

Radioaktiv maddənin insan həyatı üçün ölümcül təsirə malik olduğu bildirilir.

Faktla bağlı Əks-Kəşfiyyat Departamenti araşdırmalara başlayıb.