Pakistanda sel Su 2 məscidi dağıtdı, 22 ölü


Dünya 15 İyl 2019 16:34:00 222 0

Pakistanda sel  Su 2 məscidi dağıtdı, 22 ölü

Pakistanın Kəşmir regionunda daşqınlar baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 22 nəfər həlak olub.

Ölkənin təbii fəlakətlərlə mübarizə idarəsinin direktoru Səid ur-Rəhmanın sözlərinə görə, daşqınlar nəticəsində 150-dən çox ev və 2 məscid dağılıb.

Hazırda dağılmış evlərdə təhlükədə qalan insanların təxliyə edilməsi üçün iş aparılır. Yerli sakinlərin müvəqqəti yerləşdirilməsi üçün hökumət düşərgələr təşkil edib.