Cahangir Hacıyevin vəkillərinin vəsatəti rədd edildi


Digərləri 15 İyl 2019 16:16:00 256 0

Cahangir Hacıyevin vəkillərinin vəsatəti rədd edildi

Cahangir Hacıyevin vəkillərinin vəsatəti rədd edilib

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin ötən prosesdə verdiyi vəsatətlərlə bağlı qərar elan edilib. Məhkəmə "Beynəlxalq Bank"ın Müşahidə Şurasının üzvü olmuş Vəli Kərimovun dindirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Qazaxıstanın Ədliyyə Nazirliyinə sorğu göndərilərək kredit öhdəliyinin yerinə yetirilməməsinə görə Beynəlxalq Bankın nəzarətinə keçən "Minay" şirkəti ilə bağlı məlumatlar alınması barədə vəkillərin vəsatəti də təmin olunmayıb. Daha sonra vəkillər bildiriblər ki, 2015-ci ilin iyununda Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə yaradılan və bu iş üzrə zərərçəkən qismində tanınan "Aqrarkredit" QSC istintaq zamanı C.Hacıyev və digərlərinə qarşı 4 milyard 138 milyon manat mülki iddia qaldırsa da, qaytarılmayan iddia məbləğində kreditlərə görə müsadirə olunmuş əmlaklar nəzərə alınmayıb. "Aqrarkredit" QSC-nin nümayəndəsi mülki iddianın məbləğini yenidən dəqiqləşdirməkdən ötrü məhkəmədən vaxt istəyib.