Kasilyas Porto rəhbərliyinə gətirildi


İdman 15 İyl 2019 15:40:00 261 0

Kasilyas Porto rəhbərliyinə gətirildi

Bir müddət əvvəl infarkt keçirən Porto-nun qapıçısı İker Kasilyas bərpa müddətində başqa vəzifədə çalışacaq.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı qolkiper bundan sonra futbolçular, məşqçilər və rəhbərlik arasında əlaqələndirici rolunu oynayacaq. Veteran qapıçı bununla bağlı açıqlama da verib. O, yeni işinin öhdəsindən gəlməyə çalışacağını bildirib.

Qeyd edək ki, mayın 1-də məşq zamanı infarkt keçirən İker Kasilyas 5 gün xəstəxanada qalıb.