Qazaxda 12 yaşlı oğlanı maşın vurub öldürdü


Digərləri 15 İyl 2019 15:48:45 257 0

Qazaxda 12 yaşlı oğlanı maşın vurub öldürdü

Qazax rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Qazax rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib. Rayonun Çaylı kənd sakini Qocayev Etibar Rəşid oğlu idarə etdiyi "VAZ 21154" markalı 20-DU-445 dövlət nömrə nişanlı avtomobillə Daş Salahlı kənd sakini, 2007-ci il təvəllüdlü Aqrayev Məhəmməd Vüqar oğlunu vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.