“Hamı elə bilir ailəliyəm” Uzun zaman efirlərdən uzaqlaşan Xəyalə Manaflı


Şou-biznes 15 İyl 2019 15:39:00 385 0

“Hamı elə bilir ailəliyəm”  Uzun zaman efirlərdən uzaqlaşan Xəyalə Manaflı

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı müğənni Xəyalə Manaflı olub. Son.az xəbər verir ki, ifaçı ailə qura bilməməyinin səbəbindən danışıb: "Hamı elə bilir ailəliyəm. Hətta elə bilirlər ki, bir neçə övladım da var. "İnstagram"da paylaşdığım uşaq şəkilləri qohum-əqraba uşaqlarıdır. Uşaqlarla işləmişəm, onları çox sevirəm. Tutaq ki, ailə qursaydım bundan heç kimin xəbəri olmazdı? Heç bir yerdə bir dənə də olsa şəklim olmazdı? Evdən, qohumlardan evliliklə bağlı təkidlər alıram. Allahın qismətidir. Müəyyən yaşa qədər həvəsli olursan, qarşındakının mənfi xüsusiyyətlərinə göz yuma bilərsən. Lakin, yaşa dolduqca fikirləşirsən ki, mən artıq bəlli bir yaşdayam, xarakterim formalaşıb, niyə mən xırda bir şeyə dözüm? Görünür, hələ o "eşq mələyi" başıma qonmayıb. Qismət deyilən bir şey var, əgər Allah yazıbsa olacaq. Mən mübarizə aparmaqla olmaz. Evdə də ultimatum vermişəm ki, mənə oğlan axtarmayın. Oğlan istəsə məni tapacaq. Həyatımda görmək istədiyim adam əvvəlcə insan olmalıdır, dəyər bilən, xanıma diqqət edən, sevgisini göstərə bilən biri. Necə deyərlər, adam kim adam olsa niyə yox deyim?! Əfsus, belə adamlar çox azdır. Olanların çoxu ya evlidir, ya da digər səbəblərdən alınmır. Ona görə də, yaxşı insanları görəndə onlardan yapışıram. Bir müddət ünsiyyət qururam. Çünki, mənim də öz IQ-mlə bərabər bir insanla ünsiyyət qurmağa ehtiyacım var".

Son.az 


Xəbərə aid foto