Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu - 8,3 il


Digərləri 15 İyl 2019 15:35:00 234 0

Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu - 8,3 il

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, S.Vəliyev 8 il 3 ay azadlıqdan məhrum edilib. S.Vəliyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirli bilinib.