Qida Təhlükəsizliyi Agentliyinin jurnalnın ilk nömrəsi çapdan çıxıb – “Süfrə” evimizə gəlir (FOTO)


Digərləri 15 İyl 2019 15:22:00 233 0

Qida Təhlükəsizliyi Agentliyinin jurnalnın ilk nömrəsi çapdan çıxıb – “Süfrə” evimizə gəlir (FOTO)

“Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət-sahibkar-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülməklə yanaşı, qida təhlükəsizliyi, sağlam qidalanma ilə bağlı istehlakçıların maarifləndirilməsi istiqamətində vacib addımlar atılmaqdadır. Cəmiyyətimizdə gedən inkişaf, yeni tendensiyalar, qida təhlükəsizliyi ilə bağlı ciddi dəyişiklikləri qaçılmaz edir. Bu işdə ən vacib məqamlardan biri də istehsalçıların və istehlakçıların maarifləndirilməsidir. İstehlakçıların və istehsalçıların maarifləndirilməsi işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədi ilə qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən elmi-kütləvi jurnalın ilk nömrəsi çapdan çıxıb. Agentlikdən Trend-ə verilən məlumata görə, nəfis tərtibatda və yüksək keyfiyyətlə çapdan çıxan “Süfrə” jurnalı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Jurnalın təsis edilməsində əsas məqsəd əhalinin sağlam qidalanma, qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin Azərbaycan əhalisinin təhlükəsiz qida ilə təmin olunması, bu istiqamətdə dövlət miqyasında həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılmasıdır. Jurnal bir-birindən maraqlı rubrikalarla oxucuların görüşünə gəlib.