Neftçi - Sperantsa matçına hakim təyinatları açıqlandı


İdman 15 İyl 2019 14:20:00 299 0

Neftçi - Sperantsa matçına hakim təyinatları açıqlandı

UEFA Avropa Liqasında Neftçi və Moldovanın Sperantsa komandaları arasında keçiriləcək I təsnifat mərhələsinin cavab görüşlərinə hakim təyinatları açıqlanıb. 

Goal.az-ın məlumatına görə, qarşılaşma avstriyadan olan briqadaya tapşırılıb. Baş hakim Yulian Vaynbergerə Maksimilian Kolbiç və Mixael Nemets yan xətt, Andrea Hayss isə dördüncü hakim qismində yardımçı olacaq. 

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək Neftçi - Sperantsa matçı saat 21:00-da başlanacaq.