Pakistanda sel - Su 2 məscidi dağıtdı, 22 ölü


Digərləri 15 İyl 2019 14:26:42 220 0

Pakistanda sel - Su 2 məscidi dağıtdı, 22 ölü

Pakistanın Kəşmir regionunda daşqınlar baş verib.

Bakı. Pakistanın Kəşmir regionunda daşqınlar baş verib. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 22 nəfər həlak olub. Ölkənin təbii fəlakətlərlə mübarizə idarəsinin direktoru Səid ur-Rəhmanın sözlərinə görə, daşqınlar nəticəsində 150-dən çox ev və 2 məscid dağılıb. Hazırda dağılmış evlərdə təhlükədə qalan insanların təxliyə edilməsi üçün iş aparılır. Yerli sakinlərin müvəqqəti yerləşdirilməsi üçün hökumət düşərgələr təşkil edib.