Tolqa Sarıtaş sevgilisi ilə ilk
Digərləri 15 İyl 2019 14:19:00 224 0
Məşhur aktyor, "Söz" serialında Yavuz obrazını canlandıran Tolqa Sarıtaş sevgilisi Zeynep Mayrukla ilk fotosunu paylaşıb.
Son.az ölkə.az-a istinadən bildirir ki, adətən belə paylaşımlar etməyən aktyorun bu addımı izləyicilərinin təəccübünə səbəb olub. Zeynep Mayruk modelyerdir.
Bir müddət əvvəl Tolqa Zeyneplə birlikdə avtomobildə hərəkət edərkən jurnalistlərlə rastlaşmışdı. Amma aktyor fotolarının çəkilməməsi üçün yol qaydalarını pozaraq qalmaqala səbəb olmuşdu. Cütlük barələrində çıxan dedi-qoduları cavabsız qoymuşdu.
Uzun müddət sonra isə Zeynep İnstaqram səhifəsinin hekayə bölümündə Sarıtaşın fotosunu paylaşdı. Ardınca isə Tolqa da səhifəsində Zeyneplə birlikdə olan fotosunu paylaşıb.
Mənbə: milli.az