Müəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstərib


Digərləri 15 İyl 2019 14:01:31 191 0

Müəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstərib

Bu gün Azərbaycan Texniki Universitetində müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycan Texniki Universitetində müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib. Trend-in məlumatına görə, Azərbaycan Texniki Universitetinin idman zalında təşkil edilən mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, təhsil ekspertləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mediatur iştirakçılarına bildirilib ki, son illərdə müəllim nüfuzunun, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artır. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində isə 48 204 namizəd iştirak hüququ qazanıb. Məlumat verilib ki, bu günədək keçirilən imtahanlarda 15 797 namizəd iştirak edib. Namizədlərdən 3 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.