Manchester City Çinə uça bilmir - SƏBƏB


İdman 15 İyl 2019 11:48:00 257 0

Manchester City Çinə uça bilmir - SƏBƏB

Manchester City Çinə gedə bilmir.

Goal.az “Sky Sports”a istinadən xəbər verir ki, komanda “Premier League Asia Trophy” turnirində iştirak üçün

Çin yollanmaq istəsə də, 2 gündür buna nail ola bilmirlər. Belə halın yaranmasına səbəb səfərin təşkilatçısı “Thomas Cook” şirkətinin əməkdaşlarının səhlənkarlığa yol verməsidir. Onlar iyulun 14-də çarter reysinin uçuş tarixi ilə bağlı səhv ediblər, növbəti gün isə hava məkanında yer sifariş etməyi unudublar.

“Şəhərlilər”in bu gün Çinə yollanacağı gözlənilir.