Qadın "Yorğunam, seks istəmirəm" deyən sevgilisini bıçaqladı


Digərləri 15 İyl 2019 11:59:00 227 0

Qadın "Yorğunam, seks istəmirəm" deyən sevgilisini bıçaqladı

ABŞ-ın Florida ştatının Tampa şəhərində qəribə cinayət hadisəsi baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, şəhərin Dunedin səmtində yaşayan Cennifer Li Çampanı polis həbs edib.

Məlumata əsasən, 37 yaşlı qadın birlikdə yaşadığı sevgilisi ilə cinsi əlaqəyə girmək istəyib. Amma sevgilisi yorğun olduğunu deyib. Bu zaman Çampan mətbəx bıçağını götürüb və qolunu kəsib. Sevgilisi qadının əlindən bıçağı almaq istəsə də, tərəflər dalaşmağa başlayıblar. Nəticədə hər ikisi yerə yıxılıb. Cennifer Li yerdən qalxaraq bıçağı götürüb sevgilisinin qolunu və kürəyini bıçaqlayıb. Sonra isə kəllə vuraraq yumruqlayıb. Çapman sonra hadisə yerini tərk edib.