Ali məktəblərə imtahansız qəbulla bağlı 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib


Digərləri 15 İyl 2019 11:28:00 162 0

Ali məktəblərə imtahansız qəbulla bağlı 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib

Ali məktəblərə imtahansız qəbul olmaq üçün 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib

Bakı. Ali məktəblərə imtahansız qəbul olmaq üçün 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. Subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Hazırda 12 min 109 subbakalavr elektron ərizəsini təsdiq edib. Müsabiqədə iştirak ödənişsizdir.