Wolt yemək sifarişi xidməti Bakıda fəaliyyətə başlayır


Digərləri 15 İyl 2019 11:15:00 493 0

Wolt yemək sifarişi xidməti Bakıda fəaliyyətə başlayır

Öz işinə görə mükafat qazanan yemək çatdırılması tətbiqi müştərilərə tam yeni bir təcrübə söz verir.

Finlandiyada yaradılan və yemək sifarişi xidməti olan Wolt bu gün öz 16-cı ölkəsi Azərbaycanda rəsmən fəaliyyətə başladı və onlayn yemək sifarişində tam yeni, müştəriyönümlü təcrübə yaratmağı qarşısına məqsəd qoydu. Tətbiqin App Store-da ortalama qiyməti 4.8/5 ulduzdur.

Wolt Bakıda 23 çox populyar restoran ilə işə start verir və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini təqdim edir. Siyahıda Fryday, Bella Pizza, Sanday, Yoshi Sushi, Barista&Chef, Ajdaha Doner kimi populyar məkanlar və Vapiano, L'Avenue, Paul's Steakhouse, Kasamasa, Argentina Steak House, PORT Wine & Grill kimi tanınmış restoranlar vardır. Wolt-un Apple tərəfindən mükafatlandırılmış servisi ciddi təlim keçmiş kuryerləri və isidilmiş xüsusi çatdırılma çantaları ilə müştərilərə ən yüksək səviyyəli xidmət təklif edir.

Wolt-un kuryer partnyorları yeməkləri velosiped, motosiklet və avtomobil ilə çatdırır. Yeməyin hazırlanması ilə birlikdə ortalama çatdırılma vaxtı 30-45 dəqiqə təşkil edəcək. Yeməklər isti qalsın deyə isidilmiş xüsusi çantalarda çatdırılır. 1.5 km-dən qısa məsafələr üçün çatdırılma haqqı 1.50 AZN-dir, 1.5 km-dən artıq məsafədən gələn sifarişlər zamanı isə düz xətt üzrə hər əlavə 500 metr üçün çatdırılma haqqına 0.40 AZN əlavə olunur. Wolt-un ilkin çatdırılma ərazisi şəhərin mərkəzini, Nəsimi, Yasamal və Nərimanov rayonlarını və Xətai metrosunun ətrafını əhatə edəcək və qıza zamanda şəhərin başqa əraziləri üzrə də çatdırılma imkanları genişləndiriləcək.

Wolt şirkətinin Ekspansiya üzrə rəhbəri Toni Honkanen deyir ki: "Biz Wolt tətbiqini Dolma, Düşbərə, Kəbab və Plov kimi yeməklərin vətəninə gətirdiyimizə çox şadıq. Bu ana qədər eşitdiyimiz bütün rəylər çox pozitivdir və biz müştərilərimizi xoşbəxt etmək üçün əlimizdən gələni edəcəyik. Qeyd etmək istərdim ki, hazırda Wolt-a yeni kuryer partnyorların dəvət edilməsi davam edir və işləmək arzusunda olan hər kəs bizə müraciət edə bilər."

Wolt tətbiqindən necə istifadə etmək olar:

1. Wolt tətbiqini iPhone və ya Android üçün yükləyin, ya da ki Wolt.com saytından sifariş edin.

2. Sevimli restoranınızı seçin.

3. Sifarişinizi qurun və onun evə çatdırılacağını, özünüzün götürəcəyini və ya restoranda yeyəcəyinizi müəyyənləşdirin.

4. Çatdırılma seçimini etsəniz, siz real vaxtda sifarişin hansı mərhələdə olduğunu görəcəksiniz və hətta onun xəritədə sizə yaxınlaşmasını izləyə biləcəksiniz.

5. Ödəniş avtomatik olaraq sizin kartınızdan tutulur və qəbzlər sizin elektron poçtunuza göndərilir.

Şirkətin Gürcüstanda Baş Meneceri Natalia Khizanishvili deyir: "Bakının yemək səhnəsi hər kəs üçün sevdiyi bir yemək təklif edə bilər və inanılmaz restoran seçiminə malikdir. Biz dünya səviyyəli yemək çatdırılması tətbiqini Bakıya gətirərək müştərilərə sürət, keyfiyyət və etibarlılıq sahələrində yeni bir xidmət səviyyəsi təqdim etmək istəyirik." 

Wolt haqqında:

Wolt-un əsası 2014-cü ildə Helsinki şəhərində qoyulmuşdur və bu gün şirkət 450 işçisi ilə 16 ölkədə faəliyyət göstərir. Şirkətin 80 nəfərdən ibarət inkişaf komandası texnoloji platformanı daima təkmilləşdirməkdə davam edir. Texnoloji şirkət olmasından əlavə, Wolt çox güclü əməlliyat sistemi və fundamenti qurmağı bacarıb. Wolt 54 şəhərdə 5000-dən çox restoran və 10000-dən çox kuryer partnyor ilə əməkdaşlıq edir. 

Şirkət qısa zaman əvvəl $160 milyon investisiya aldığını elan edib. İnvestorların arasında ICONIQ Capital, 83North, Highland Europe, EQT Ventures və Lifeline Ventures kimi dünyaca məşhur maliyyə şirkətləri var. Wolt son maliyyə yatırımını genişləndirmə və marketinq fəaliyyətinə sərf etməyi planlaşdırır.

Restoranların siyahısı:

1. Fryday

2. Ajdaha Doner

3. Vapiano

4. Barista & Chef

5. Sanday