Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə


Digərləri 15 İyl 2019 10:49:00 184 0

Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti bağlı məlumat yayıb.

Son.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

Kliniki Tibbi Mərkəzdə müalicə olunan İlkin Məmmədovun (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.