Əlcəzairdə terror aktları planlaşdıran yaraqlılar saxlanılıb


Dünya 15 İyl 2019 08:12:00 194 0

Əlcəzairdə terror aktları planlaşdıran yaraqlılar saxlanılıb

Əlcəzairdə hərbçilər və jandarmeriya əməkdaşları terror hücumlarını planlayan 5 yaraqlını saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, onlar terrora qarşı mübarizə əməliyyatı zamanı Batna əyalətində ələ keçib.

Qeyd olunur ki, araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər Əlcəzairin müxtəlif yerlərində partlayıcı maddələrdən istifadə edərək dinc nümayişçilərə qarşı hücum planlaşdırıblar.