İndoneziyada 15 nəfərlik qayıq aşıb


Dünya 15 İyl 2019 07:55:00 227 0

İndoneziyada 15 nəfərlik qayıq aşıb

İndoneziyanın Vest Papua Qayıq əyalətində 15 nəfərlik qayıq aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, xilasedicilər 2 nəfərin cəsədini aşkarlayıb, 11 nəfərin isə axtarışı aparılır.

Bildirilir ki, 15 nəfərlik qayıq cümə günü Soronq port şəhərindən uzaqlaşıb. Məlumatda qeyd edilir ki, hündür dalğalar qayığı aşırıb.

İki nəfəri xilas etmək mümkün olub.