İndoneziyada helikopter qəzaya uğrayıb


Dünya 15 İyl 2019 07:35:00 209 0

İndoneziyada helikopter qəzaya uğrayıb

İndoneziyanın Lombok adasında helikopter qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 4 nəfər yaralanıb.

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 14:00-da baş verib. Helikopter PT Carpediem Air şirkətinə məxsus olub. Xəsarət alanlardan biri helikopterin pilotudur, digərlər isə turistlər.